Noble Quran » Azərbaycanca » Sorah At-Takathur ( The piling Up )
Choose the reader
Azərbaycanca
Sorah At-Takathur ( The piling Up ) - Verses Number 8
أَلْهَاكُمُ التَّكَاثُرُ ( 1 )

(Ey qafil insanlar!) Çoxluq (mal-dövlət, oğul-uşaq və qohum-əqraba çoxluğu) ilə öyünmək sizi o qədər şirnikləndirdi (başınızı o qədər qatdı) ki,
حَتَّىٰ زُرْتُمُ الْمَقَابِرَ ( 2 )

Hətta (məzarlarda yatan ölülərinizi sayıb, onların da çoxluğu ilə fəxr etməyiniz üçün) qəbirləri ziyarət etdiniz. [Və ya (axirətiniz üçün əsla çalışmadan) ölüb getdiniz (ölənə qədər bu halınızda davam etdiniz)].
كَلَّا سَوْفَ تَعْلَمُونَ ( 3 )

Xeyr! (Belə yaramaz!). Siz (öləndən sonra bu yaramaz əməllərinizin aqibətini) mütləq biləcəksiniz!
ثُمَّ كَلَّا سَوْفَ تَعْلَمُونَ ( 4 )

Xeyr, xeyr! (Belə yaramaz). Siz (öləndən sonra bu yaramaz əməllərinizin aqibətini) mütləq biləcəksiniz!
كَلَّا لَوْ تَعْلَمُونَ عِلْمَ الْيَقِينِ ( 5 )

Xeyr, əgər (qiyamət günü sizə nə ediləcəyini) tam yəqinliklə bilsəydiniz (fani dünya malına uymazdınız)!
Random Books
- Raşidi xəlifələrin fəzilətiAllahım, sən bizləri peyğəmbərimizin raşidi xəlifələri ilə bərabər həşr et. Allahım, biz peyğəmbərimiz (sav) raşidi xəlifələrini sevirik və bizə onlarla eyni cənnət nəsib et. Amin.
Formation : Yaşar Qurbanov
Source : http://www.islamhouse.com/p/329743
- Namazda Mütiliyə Aparan 33 AmilHər şeyi unudaraq ruhən və cismən Allaha müti olmaq dinin qanuni tələblərindən biri hesab olunur. Bu kitabda namazda müti olmağın əsaslarından bəhs edilir.
Source : http://www.islamhouse.com/p/328760
- Allahın kitabı ilə Əhli Beytin ər-Rəhmanın dostları haqqında dedikləri-
Source : http://www.islamhouse.com/p/336323
- Əhli Beytin fəzilət"Ey Əhli-beyt! Allah sizdən çirkinliyi yox etmək və sizi tərtəmiz (pak) etmək istər" (əl-Əhzab, 33)
Formation : Yaşar Qurbanov
Source : http://www.islamhouse.com/p/329745
- Ey İslam Təbliğatçıları, Tövhid Hər Şeydən ÖncədirHörmətli müsəlman qardaşım! Bu risalə, əsrimizin dahi alimi, yüzlərlə elmi fitvanın və möhtəşəm əsərlərin müəllifi, on minlərlə hədisin üzərində misilsiz elmi tədqiqatlar aparmış hədis mütəxəssisi, sünnəyə sarılmağı ilə zəmanəsinin sələfinə sarsılmaz arxa olmuş hörmətli şeyx Məhəmməd Nasiruddin Əl-Əlbaninin (Allah onun qəbrini nurla doldursun) İslam ümmətinə verdiyi dəyərli nəsihətlərdən bəhs edir. Kitabda Hər bir müsəlmanın bilməsi vacib olan önəmli məsələlərdən söz açılır
Source : http://www.islamhouse.com/p/328821