Azərbaycanca - Sorah Al-Kafiroon ( The Disbelievers ) - Noble Quran

Noble Quran » Azərbaycanca » Sorah Al-Kafiroon ( The Disbelievers )

Choose the reader


Azərbaycanca

Sorah Al-Kafiroon ( The Disbelievers ) - Verses Number 6
قُلْ يَا أَيُّهَا الْكَافِرُونَ ( 1 ) Al-Kafiroon ( The Disbelievers ) - Ayaa 1
(Ya Peyğəmbər! Sənə - bir il bizim bütlərimizə ibadət et, bir il də biz sənin Rəbbinə ibadət edək – deyən müşriklərə) de: “Ey kafirlər!
لَا أَعْبُدُ مَا تَعْبُدُونَ ( 2 ) Al-Kafiroon ( The Disbelievers ) - Ayaa 2
Mən sizin ibadət etdiklərinizə (bütlərə) ibadət etmərəm!
وَلَا أَنتُمْ عَابِدُونَ مَا أَعْبُدُ ( 3 ) Al-Kafiroon ( The Disbelievers ) - Ayaa 3
Siz də mənim ibadət etdiyimə (Allaha) ibadət etməzsiniz!
وَلَا أَنَا عَابِدٌ مَّا عَبَدتُّمْ ( 4 ) Al-Kafiroon ( The Disbelievers ) - Ayaa 4
Mən sizin ibadət etdiklərinizə ibadət edən deyiləm!
وَلَا أَنتُمْ عَابِدُونَ مَا أَعْبُدُ ( 5 ) Al-Kafiroon ( The Disbelievers ) - Ayaa 5
Siz də mənim ibadət etdiyimə ibadət edən deyilsiniz!
لَكُمْ دِينُكُمْ وَلِيَ دِينِ ( 6 ) Al-Kafiroon ( The Disbelievers ) - Ayaa 6
Sizin öz dininiz var, mənim də öz dinim! (Elə isə sizin dininiz sizə, mənim dinim də mənə)!”

Random Books

  • SÜNNƏNİN ƏSASLARIİmam Əhməd İbn Hənbəlin “Sünnənin əsasları” adlı əsərinin özündə əks etdirən qaydalar, onun haqqında eşitmiş hər bir müsəlmanın tutması vacib olan qaydalardır. Bu əsaslar, doğru yol göstərən, dünya və axirətdə nəcat və firavanlıq əldə etmək üçün gözəl bir vasitədir, çünki burada bu ümmətin sələflərinin etiqadı toplanmışdır. İmam Malik, Allah ona rəhmət etsin, demişdir: “Bu ümmətin axırıncıları, ümmətin birincilərinin müvəffəqiyyət qazandıqları vasitələrdən fərqli bir vasitə ilə müvəffəqiyyət qazana bilməzlər”.

    Source : http://www.islamhouse.com/p/328714

    Download :SÜNNƏNİN ƏSASLARISÜNNƏNİN ƏSASLARI

  • Səbr Etməyin QaydasıUca Allah öz peyğəmbərinə səbrli olmağı əmr etmiş və buyurmuşdur: "Ya Rəsulum! Allah yolunda olan bütün əzab-əziyyətə) səbr et. Sənin səbr etməyin yalnız Allahın köməyilədir." (ən-Nəhl,127)

    Reveiwers : Ramil Həsən

    Translators : Muxtar Əli

    Source : http://www.islamhouse.com/p/328731

    Download :Səbr Etməyin Qaydası

  • Allahın Dinində Möhkəm və Sabitqədəm Olmağın YollarıŞübhəsiz ki, Allahın dinində möhkəm və sabitqədəm olmaq , əzm və rəşadətlə doğru getmək istəyən hər bir müsəlmanın əsas məqsədi olmalıdır. Əsasəndə fitnə -fəsadların çoxaldığı bir dövrdə buna daha çox önəm verilməlidir. Hər bir müsəlman qardaş və bacımızın bu kitabcanı oxuyub, əməl etməsi çox zəruridir. Uca Allah bütün müsəlmanalrı qorusun Amin.

    Source : http://www.islamhouse.com/p/328819

    Download :Allahın Dinində Möhkəm və Sabitqədəm Olmağın Yolları

  • Ailə Tərbiyəsinə Dair 40 NəsihətDəyərli bacı və qardaşlarım! Bu kitabda müsəlmanı ailəsinin düzgün tərbiyələndirilməsinə sövq edən amillərdən söz açılır. Allah və onun rəsulunun buyurduğu üzərinə kim ailəsini tərbiyə etmək istəyirsə bu kitabda yazılanlara əməl etsin.

    Source : http://www.islamhouse.com/p/328765

    Download :Ailə Tərbiyəsinə Dair 40 Nəsihət

  • Tövbə etmək istəyirəm, lakin...Kitabda tövbə etmək istəyənlər, amma bunda çətinlik çəkənlər haqqında söz açılır. Kitabda həmçinin günahlardan tövbə etmək istəyənlərə çıxış yolları göstərilir.

    Translators : Yaşar Qurbanov

    Source : http://www.islamhouse.com/p/329739

    Download :Tövbə etmək istəyirəm, lakin...