Azərbaycanca - Sorah Al-Kauther ( A River in Paradise) - Noble Quran

Noble Quran » Azərbaycanca » Sorah Al-Kauther ( A River in Paradise)

Choose the reader


Azərbaycanca

Sorah Al-Kauther ( A River in Paradise) - Verses Number 3
إِنَّا أَعْطَيْنَاكَ الْكَوْثَرَ ( 1 ) Al-Kauther ( A River in Paradise) - Ayaa 1
(Ya Peyğəmbər!) Həqiqətən, Biz sənə Kövsər (Cənnətdəki Kövsər irmağını və ya bol ne’mət, yaxud Qur’an, peyğəmbərlik) bəxş etdik!
فَصَلِّ لِرَبِّكَ وَانْحَرْ ( 2 ) Al-Kauther ( A River in Paradise) - Ayaa 2
Ona görə də (bu ne’mətlərə şükür edərək) Rəbbin üçün namaz qıl və qurban kəs!
إِنَّ شَانِئَكَ هُوَ الْأَبْتَرُ ( 3 ) Al-Kauther ( A River in Paradise) - Ayaa 3
(Ya Peyğəmbər! Oğlun Qasim, yaxud İbrahim vəfat etdiyi zaman sənə sonsuz, arxası kəsik, nəsli kəsilmiş deyən) sənin düşməninin (As ibn Vailin) özü sonsuzdur! (Sənin nəslin qiyamətə qədər törəyib artacaq, adına isə həmişə rəhmət oxunacaqdır!)

Random Books

  • Tövbə etmək istəyirəm, lakin...Kitabda tövbə etmək istəyənlər, amma bunda çətinlik çəkənlər haqqında söz açılır. Kitabda həmçinin günahlardan tövbə etmək istəyənlərə çıxış yolları göstərilir.

    Translators : Yaşar Qurbanov

    Source : http://www.islamhouse.com/p/329739

    Download :Tövbə etmək istəyirəm, lakin...

  • Tahavi Əqidəsinin Asanlaşdırılmış ŞərhiTanınmış Hənəfi alimlərindən olmuş Əbu CəfərTahavinin bu dəyərli kitabını szin istifadəniz üçün təqdim edirik. Kitabda Allahın adları və sifətləri, iman, axirət və sairə mühim məsələlərdən söz açılır.

    Source : http://www.islamhouse.com/p/328697

    Download :Tahavi Əqidəsinin Asanlaşdırılmış Şərhi

  • TƏMİZLƏNMƏ VƏ TƏRBİYƏ“Təmizlənmə və tərbiyə, və müsəlmanların buna ehtiyacı” adlı bu risalə öz əsasında, otuz il bundan öncə (1390 il) Amman şəhərinin (İordaniya) şəriət elmləri institutunda, böyük alim-muhəddis şeyx Muhəmməd Nasıruddin əl-Albaninin, Allah ona rəhmət etsin, oxuduğu muhazirədir. Bu muhazirədə şeyx hər bir müsəlmanın tutması vacib olan yolu açıqlamışdır. Bu mühazirənin əsli iki sözdən ibarətdir – “təmizlənmə” və “tərbiyə”. Şeyx öz həyatını məhz islam əqidəsinin, ona əsrlər boyu daxil edilmiş müxtəlif zəlalətlərin çirkinliyindən, bidətlərdən, xurafatlardan və şirkdən təmizlənməsi yoluna həsr etmişdir. O həmçinin Sünnənin təmizlənməsilə də məşğul olmuşdur. O rəvayətlərin səhih, zəif və ya uydurma olduqunu tədqiq etmiş və bununla Sünnəyə aid olmayan rəvayətləri ayırmışdır. Həmçinin o fikh elmini də nəzərdən keçirmiş və Quran və Sünnəyə müxalif olan fikxi rəyləri və bidətləri təmizləmişdir. Bundan sonra şeyx tərbiyəyə keçmişdir. Əvvəl özünü, sonra ətrafını və bundan sonra da bu haqq yoluna dəvət edərək bütün insanları tərbiyələndirməyə başlamışdır. Onun dəvətinə dünyanın hər tərəfindən ümmətin ən xeyrli insanları olan alim və tələbələr dəstək vermişdir. Bundan sonra bütün dünyada elm əsasında dinin dirçəlməsi başlamışdır. Ümumi xeyr üçün Ammandaki “Əl-Maktaba əl-İslamiyya” nəşriyyatı bu risaləni yaymaq qərarına gəlmişdir. Bu risalə şeyxin elm xəzinələrindəndir və dünyanın hər bir yerində yaşayan müsəlmanlar üçün böyük bir faydadır. Biz ümid edirik ki bu risaləyə görə şeyx ölümündən sonra Allah tərəfindən və Allahın izni ilə mükafatlandıralacaqdır.

    Source : http://www.islamhouse.com/p/329670

    Download :TƏMİZLƏNMƏ VƏ TƏRBİYƏTƏMİZLƏNMƏ VƏ TƏRBİYƏ

  • Səbr Etməyin QaydasıUca Allah öz peyğəmbərinə səbrli olmağı əmr etmiş və buyurmuşdur: "Ya Rəsulum! Allah yolunda olan bütün əzab-əziyyətə) səbr et. Sənin səbr etməyin yalnız Allahın köməyilədir." (ən-Nəhl,127)

    Reveiwers : Ramil Həsən

    Translators : Muxtar Əli

    Source : http://www.islamhouse.com/p/328731

    Download :Səbr Etməyin Qaydası

  • İSTİXARƏ (Uğurun sirri, xeyir-bərəkət açarı)Nə qədər ağıllı, elmli və müdrik olur olsun, hər bir insan öz Rəbbinə, onu yaradana istənilən an möhtacdır və əbədi olan bu yeganə varlıq hər bir göz qırpımında belə mütləq ona lazımdır.

    Source : http://www.islamhouse.com/p/328718

    Download :İSTİXARƏ (Uğurun sirri, xeyir-bərəkət açarı)